Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar KIZILELMA” JET-230 səsdən sürətli raketlə ilk uğurlu atış sınağını həyata keçirib.
Uğurlu sınaq Yunanıstan mediasında səs-küy doğurub.
“Pentapostagma” nəşri Ankaranın daha bir mühüm dönüş nöqtəsini geridə qoyduğunu yazaraq, "Egeydə qum saatı tərsinə çevrilib, zaman artıq bizim əleyhimizə işləyir" ifadələrinə yer verib.
Nəşr həmçinin bildirib ki, “KIZILELMA” Türkiyə ərazisindən Egey dənizində və Yunanıstan adalarındakı çoxsaylı hədəfləri vura biləcək imkanlara malikdir.

Afinada fəaliyyət göstərən “Flight.gr” isə yazıb ki, Yunanıstan baş verənləri izləməklə kifayətləndiyi halda, Türkiyə hər keçən gün müdafiə sənayesində gücünü artırır.
“Onalert” nəşri də “KIZILELMA”-nın “JET-230” raketi ilə ilk real döyüş sursatlı sınaqda hədəfi uğurla vurduğunu qeyd edib. Məqalədə raketin 120 kilometrdən artıq məsafədən buraxıldığı, 200 kilometrdən çox uçuş mənzilinə çata bildiyi vurğulanaraq, "Afina diqqətli olmalıdır, çünki biz fərqinə varmadan hər şey bitə bilər" ifadəsinə yer verilib.
Müəllif: Roza
Mənbə: publika.az