Ukraynanın yeni baş naziri o ola bilər

Ukraynanın yeni baş naziri o ola bilər

Ukraynanın Naftogaz şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski Ukraynanın bu gün vəzifəsindən azad olunan Baş naziri Yuliya Sviridenkonun yerinə ən çox ehtimal olunan namizəddir.

Bu barədə “Strana.ua” saytı siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, 12 iyulda Zelenski onunla birlikdə çəkdirdiyi şəkli teleqram kanalında paylaşıb və fəaliyyətinə görə ona təşəkkür edib.

Bildirilir ki, “Zelenski Koretskiyə baş nazir vəzifəsini təklif etdiyini açıq şəkildə bildirməyib, lakin hazırkı kontekstdə bu paylaşım onun yeni baş nazir olacağına dair açıq bir işarə kimi qeyd edilib”.

Mənbə: qafqazinfo.az