Vladimir Putinə inam səviyyəsi və onun fəaliyyətinin bəyənmə reytinqi iyunun 29-dan iyulun 5-dək olan həftə ərzində yenidən azalıb.
Bunu Rusiya İctimai Rəyi Öyrənmə İnstitutu (VTsIOM) son sorğusunun nəticələri təsdiqləyir.
Prezidentin fəaliyyətini bəyənmə nisbəti bir həftə əvvəl 66,9 faizlə müqayisədə 66,0 faiz təşkil edib. Ardıcıl ikinci həftədir ki, statistika azalır.
Etimad səviyyəsi də ikinci həftə azalıb - bir həftə əvvəlki 73,3%-dən 72,3%-ə (bundan əvvəlki həftə 76,7%).
Agentlik qeyd edir ki, bu, benzin qıtlığı və yanacağın qiymətinin artması ilə əlaqəlidir.
Mənbə: yenisabah.az