İsrail ordusu hərbi əməliyyatların yaratdığı maliyyə yükü və büdcə çatışmazlığı səbəbindən iyulun sonunadək təxminən 10 min ehtiyat hərbçini tərxis etməyə hazırlaşır.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Xidmətdə olan ehtiyat hərbçilərin sayının 60 mindən 50 minə endirilməsi planlaşdırılır. Qərarın yaxın günlərdə rəsmən təsdiqlənəcəyi gözlənilir.
Plan çərçivəsində Qəzza zolağı ətrafında və işğal altındakı İordan çayının qərb sahilində yerləşən yəhudi məskənlərinin mühafizəsində çalışan ehtiyat hərbçilərin sayı azaldılacaq. Eyni zamanda hərbi qərargahlardakı şəxsi heyətin də mərhələli şəkildə ixtisar edilməsi nəzərdə tutulur.
Müdafiə və Maliyyə nazirlikləri arasında müdafiə büdcəsi ilə bağlı aparılan müzakirələr nəticəsində ehtiyat qüvvələrdən istifadənin və hərbi əməliyyat xərclərinin azaldılması ilə bağlı müvəqqəti razılıq əldə olunub.
Müəllif: Roza
Mənbə: publika.az