CHP sədri Kamal Kılıçdaroğlu partiyada yeni strukturlaşdırma prosesinə başlayır.
Bu barədə “Haber7" məlumat yayıb.
Bildirilib ki, yerli idarəetmə orqanları ilə partiya təşkilatları arasında səlahiyyət bölgüsünü yenidən müəyyənləşdirməyi planlaşdıran Kılıçdaroğlu, bələdiyyə sədrlərinin partiya daxilindəki təsirini azaltmağı hədəfləyir.
Partiya rəhbərliyi hesab edir ki, bələdiyyə sədrlərinin əsas vəzifəsi seçildikləri bölgələrə xidmət etməkdir və onların partiyadaxili qərarvermə proseslərində həlledici rol oynaması düzgün deyil.
Məlumata görə, yeni dövrdə partiya təşkilatı, deputatlar və yerli idarəetmə orqanları arasında səlahiyyət bölgüsü daha dəqiq müəyyənləşdiriləcək.
Müəllif: Roza
Mənbə: publika.az