Moskvadan Buxarestə cavab - Konsulluq bağlanır

Moskvadan Buxarestə cavab -

Rumıniyanın hərəkətlərinə cavab olaraq Rusiya Sankt-Peterburqdakı konsulluğu bağlayır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rumıniyanın baş konsulu isə arzuolunmaz şəxs elan edildi”, - məlumatda deyilib.
Qeyd edək ki, may ayının sonunda Rumıniya Prezidenti Nikuşor Dan Rusiyanın Konstansadakı baş konsulu Andrey Kosilini Rumıniyada arzuolunmaz şəxs elan etmiş və konsulluğun bağlandığını bildirmişdi.

Mənbə: www.bakupost.az