Tramp Rutteyə: “İki il əvvəl Vaşinqtona gəlsəniz, sizi döyərdilər” – VİDEO

Tramp Rutteyə: “İki il əvvəl Vaşinqtona gəlsəniz, sizi döyərdilər” –

ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə görüşdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Tramp hakimiyyətə gəldikdə sonra Vaşinqtonda təhlükəsizliyin yüksək səviyyədə olduğunu ifadə etmək üçün belə deyib:

“Əgər iki il əvvəl buraya, Vaşinqtona gəlsəydiniz, qarət qurbanı olmaq ehtimalınız yüksək idi - baxmayaraq ki, siz çox iri cüssəli adamsınız. Sizi qarət edərdilər. Sizi möhkəm döyərdilər. Bundan sonra isə deyərdiniz: “Mən bir daha bura qayıtmayacağam. İndi isə gözəl həyat yoldaşınızla rahat şəkildə gəzə bilərsiniz. Dostlarınızla restorana gedə bilərsiniz”.

Mənbə: bizim.media