Vens İsveçrədir

Vens İsveçrədir

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrəyə səfər edib.

Bu barədə Vensin ofisi məlumat yayıb.

Bildirilib ki, vitse-prezident Vaşinqtondan İsveçrəyə yola düşüb və nüvə proqramı ilə bağlı Tehranla aparılması planlaşdırılan danışıqlarda ABŞ nümayəndə heyətinin tərkibində iştirak edəcək.

Qeyd edək ki, Vens daha əvvəl danışıqların logistika səbəbindən təxirə salındığını bildirmiş, hazırlıq işləri başa çatdıqdan sonra İsveçrəyə gedəcəyini açıqlamışdı.

Mənbə: qafqazinfo.az