Qərbdən Tiflisə çağırış: Dərhal Saakaşvilini azad et!

Qərbdən Tiflisə çağırış: Dərhal Saakaşvilini azad et!


Avropa Parlamenti (AP) Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xaricdə lazımi tibbi müalicə ala bilməsi üçün humanitar əsaslarla dərhal azadlığa buraxılmasını tələb edib.

Bu barədə AP-nin Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə bildirilib.
AP “Gürcü Arzusu” hökumətini Avropa Parlamenti üzvlərinin Mixail Saakaşvili və digər siyasi məhbuslarla məhdudiyyətsiz görüşünü təmin etməyə çağırıb.
Qətnamədə Gürcüstanda müxalifətə qarşı təqib, siyasi həbslər və saxlamalar, təhdidlər və fiziki hücumlar pislənilib.
“Avropa Parlamenti keçmiş prezident Mixeil Saakaşvilinin xaricdə lazımi tibbi müalicə ala bilməsi üçün humanitar əsaslarla dərhal azad edilməsi tələbini qətiyyətlə təkrarlayır. Bundan əlavə, “Gürcü Arzusu” hökumətini Avropa Parlamenti üzvlərinin Mixail Saakaşvili və digər siyasi məhbuslarla görüşünə məhdudiyyətsiz çıxışını təmin etməyə çağırır”, - AP əlavə edib.

Mənbə: www.bakupost.az