“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”

“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”

Tehran müqavilənin şərtlərinə əməl etməsə, ABŞ İrana qarşı zərbələri bərpa edə və dəniz blokadasını yenidən tətbiq edə bilər.

Bu sözləri ABŞ-nin Vitse-prezidenti Ceyms Di Vens deyib.

“Bütün üstünlüklər bizim əlimizdədir. Onlar razılaşmalara əməl etməsələr, hansı addımları atacağımıza özümüz qərar verəcəyik”, - o qeyd edib.

Vens həmçinin vurğulayıb ki, ABŞ-İran razılaşması Vaşinqton tərəfindən Tehrana pul vəsaitlərinin ayrılmasını nəzərdə tutmur: “Bununla belə, digər ölkələrin İslam Respublikasının iqtisadiyyatına investisiya qoyması mümkündür. Razılaşmada qeyd olunur ki, onlar ABŞ-dən bir qəpik də almayacaqlar. İranlılar sazişin şərtlərinə əməl etsələr, biz başqa ölkələrə onların ölkəsinə investisiya yatırmağı təklif edəcəyik. Lakin bu, yalnız razılaşmanın şərtlərinə riayət olunduğu təqdirdə mümkün olacaq”.

Mənbə: qafqazinfo.az