NATO Kosovoda 1999-cu ildən bəri fəaliyyət göstərən sülhməramlı missiyanın (KFOR) güc tərkibini növbəti il ərzində tədricən optimallaşdıracaq.
Bu barədə “Reuters” məlumat yayıb.
Təşkilatın açıqlamasına görə, ölkədə mövcud təhlükəsizlik vəziyyətinin sabit olması bu addımı mümkün edib. NATO və KFOR-un Kosovoda təhlükəsizlik və sabitliyə tam sadiq olduğu vurğulanıb.
Bildirilib ki, Kosovodakı təhlükəsizlik qurumlarının daha da güclənməsi fonunda missiyanın ölçüsü və yerləşmə strukturu mərhələli şəkildə yenidən tənzimlənəcək. Azaldılmalar milli rotasiya və yerləşdirmə qrafiklərinə uyğun aparılacaq.
Qeyd olunub ki, dəyişikliklər vəziyyətdən asılı olaraq həyata keçiriləcək və ehtiyac yaranarsa, qərar geri çevrilə bilər.
Müəllif: Roza
Mənbə: publika.az