Böyük Britaniyanın müdafiə naziri Con Hili istefa verib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, istefaya səbəb müdafiə xərcləri ilə bağlı hökumətlə yaşanan fikir ayrılığı olub.
Məlumata görə, Con Hili baş nazir Kir Starmeri ölkənin müdafiəsi üçün zəruri maliyyə resurslarını təmin etməməkdə ittiham edib.
Hili istefa məktubunda artan təhlükələr fonunda hökumətin müdafiə sahəsinə kifayət qədər vəsait ayırmadığını bildirib.
Qeyd edək ki, Britaniyanın Müdafiə İnvestisiya Planı hərbi xərclərin artırılması ilə bağlı mübahisələr səbəbindən ötən ildən bəri gecikir. Bu vəziyyət ölkənin müdafiə sənayesində də narazılığa səbəb olub.
Müəllif: Roza
Mənbə: publika.az