İsrail bu ərazidə 61 yeni yaşayış məntəqəsi planlaşdırır

İsrail bu ərazidə 61 yeni yaşayış məntəqəsi planlaşdırır

İsrailin işğal altındakı Qərbi Şəriyədə 61 yeni qanunsuz yaşayış məntəqəsinin yaradılmasını nəzərdə tutan planı təsdiqləməyə hazırlaşdığı bildirilir.

Bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, layihə üçün qarşıdakı illərdə 350 milyon dollardan çox vəsait ayrılması planlaşdırılır. Planın İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç tərəfindən təqdim edildiyi qeyd olunub.

Məlumata əsasən, yeni məntəqələr strateji ərazilərdə, o cümlədən İordaniya Vadisi və 90 nömrəli magistral boyunca yerləşdiriləcək, mövcud yaşayış məntəqələri arasında coğrafi davamlılıq yaradacaq.

Ekspertlər bu addımın gələcək Fələstin dövlətinin yaradılması ehtimalını daha da zəiflədə biləcəyini bildirirlər.

Qeyd olunub ki, beynəlxalq hüquqa görə, 1967-ci ildən işğal altında olan Qərbi Şəriyə gələcək Fələstin dövlətinə aid ərazi sayılır və orada demoqrafik dəyişikliklər mübahisəli hesab olunur.

Müəllif: Roza

Mənbə: publika.az