ABŞ bu ölkədəki vətəndaşlarına xəbərdarlıq etdi - Ölkəni tərk edin

ABŞ bu ölkədəki vətəndaşlarına xəbərdarlıq etdi - Ölkəni tərk edin

ABŞ-ın Bağdaddakı səfirliyi İraqda yaşayan Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, səfirlik ABŞ vətəndaşlarını maksimum ehtiyatlı olmağa və imkan daxilində ölkəni tərk etməyə çağırıb.

Həmçinin, regional gərginliyin artması fonunda hava məkanının qəfil bağlana biləcəyi və nəqliyyat əlaqələrində gözlənilməz fasilələrin yarana biləcəyi barədə xəbərdarlıq edilib.

Açıqlamada bildirilib ki, bəzi əməkdaşların ölkədən çıxarılması barədə göstəriş verilsə də, ABŞ-ın İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir.

Müəllif: Roza

Mənbə: publika.az