Ermənistanda seçki qalmaqalı - Bülletenlər yoxa çıxdı, nəticələrin ləğvi tələb edildi

Ermənistanda seçki qalmaqalı -

Ermənistanda keçirilən parlament seçkilərindən sonra qalmaqal yaşanıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaahn Ovakimyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Güclü Ermənistan" bloku seçkilərin nəticələri ilə bağlı MSK-ya müraciət edərək bir seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb edib.

Müraciətdə Artaşat şəhərində yerləşən 12/13 saylı seçki məntəqəsində qeydə alınan pozuntunun araşdırılması istənilib. Qeyd olunub ki, səsvermə günü saat 18:00 radələrində məntəqədə iştirak edən siyasi qüvvələrdən birinin bülletenlərinin olmadığı aşkarlanıb.

Söhbət 8 nömrəli bülletenlə təmsil olunan "Milli-Demokratik Qütb" partiyasından gedir. Ovakimyanın sözlərinə görə, bülletenlərin olmaması faktı seçicilərdən birinin diqqət yetirməsindən sonra üzə çıxıb.

Qeyd edək ki, Ermənistan Milli Məclisinə keçirilən seçkilərdə seçicilərə 18 müxtəlif bülleten təqdim olunub. Vətəndaşlar yalnız seçdikləri siyasi qüvvənin bülletenini zərfə qoyaraq seçki qutusuna atıblar.

Adəm

Mənbə: publika.az