Pezeşkiandan XƏBƏRDARLIQ – “Geri çəkilməyəcəyik”

Pezeşkiandan XƏBƏRDARLIQ –

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əsas prioritetinin milli təhlükəsizlik və vətəndaşların rifahı olduğunu bəyan edib.

Pezeşkian bu barədə açıqlamasında bildirib.

“Bizim prioritetimiz milli təhlükəsizlik və xalqımızın əmin-amanlığıdır. Millətin hüquqlarını qətiyyətlə müdafiə edəcəyik və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik”, – deyə İran prezidenti vurğulayıb.


Pezeşkian qeyd edib ki, diplomatiya və müdafiə ölkənin milli gücünün iki əsas sütunudur.

“Biz nə mübarizə meydanını, nə də danışıqlar masasını tərk etmişik”, – deyə o bildirib.

İran lideri ölkənin mövcud sınaqlardan da uğurla çıxacağına əminliyini ifadə edib:

“İnşallah, birlik və sağlam düşüncə sayəsində İran bu sınaqdan da qalib çıxacaq”.

Qeyd edək ki, Pezeşkianın bu açıqlaması İran və İsrail arasında davam edən gərginlik, eləcə də Tehranla Vaşinqton arasında aparılan danışıqlar fonunda səsləndirilib.


Mənbə: bizim.media