Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edib.
Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts ilə görüşəcək.
Danışıqların əsas mövzuları Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Avropa təhlükəsizliyi məsələləri və müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti diplomatik addımlar olacaq.
Mənbə: publika.az