"Xalq nə qərar versə, mən də onu edəcəyəm" - Nikol Paşinyan

"Xalq nə qərar versə, mən də onu edəcəyəm" -

Ermənistanın Baş naziri və "Vətəndaş Müqaviləsi" partiyasının lideri Nikol Paşinyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə gələcək addımları və seçki gözləntiləri barədə açıqlama verib.

Hökumət başçısı xalqın iradəsinə tabe olacağını vurğulayıb.

"Xalq nə qərar versə, mən də onu edəcəyəm. Seçkilərdən gözləntimiz Ermənistan vətəndaşlarının öz azad iradələrini ifadə etməsidir. Əminəm ki, bu seçkilərdə Ermənistan vətəndaşları qalib gələcək", — deyə Nikol Paşinyan qeyd edib.

Mənbə: bizim.media