Ermənistanda keçirilən parlament seçkiləri zamanı 9/51 saylı seçki məntəqəsində səsvermə prosesi tamamilə dayanıb.
Bu barədə "Azatutyun" (Azadlıq Radiosu) məlumat yayıb.
Məntəqədə quraşdırılmış hər 3 xüsusi texniki cihazın verdiyi qeydiyyat talonlarındakı rəqəmlər seçici jurnalındakı rəqəmlərlə uyğun gəlmir. Bu texniki xəta səbəbindən səsvermə prosesi iflic vəziyyətinə düşüb.
Hazırda seçki məntəqəsində seçici sıxlığı yaranıb. Məntəqəyə gələn vətəndaşlar saatlarla gözləmək məcburiyyətində qaldıqları üçün kəskin etirazlarını bildirirlər. Seçicilər "Belə olmaz" deyərək komissiya üzvlərindən problemin təcili həll edilməsini tələb edirlər.
Mənbə: bizim.media