“Bu günlərdə İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun dəvəti ilə İsrailin Azərbaycandakı səfirliyində oldum. Bu yaxınlarda müəllifi olduğum Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabı nəşr etdirdiyimə görə, dərin minnətdarlığını bildirdi”.
Bu barədə siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.
O qeyd edib ki, səfir kitabın səfirliyin binasında öz xüsusi yerini aldığını və diplomatların maraqlı nəşrlərindən birinə çevriləcəyinə əminliyini ifadə edib.
“Cənab Krausz Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə toxundu. Ulu öndər Heydər Əliyevin İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirməsinə, Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verməsinə diqqət çəkdi. Eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə verdiyi yüksək hörmət barədə fikirlər sələndirildi.
Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi”.
V.Abdullayev əlavə edib ki, səfir bu cür kitabların nəşr edilməsinin iki xalq arasında əlaqələrin möhkəmlənməsinə xüsusi töhfə verdiyini, gələcək nəsillər arasında qarşılıqlı etimad və rəğbəti daha da gücləndirdiyini dilə gətirib: “Səfir bildirib ki, kitabın səfirliyin təşəbbüsü ilə ibrit və ingilis dilinə tərcümə olunaraq böyük tirajla yenidən nəşr edilməsi və İsraildə Azərbaycan səfirliyinin, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirakı ilə geniş təqdimatı nəzərdə tutulur.
Cənab səfir öz imzası ilə təşəkkür məktubunu mənə təqdim etdi. Bir vətəndaş olaraq mənə göstərilən bu dərin hörmət və etimada görə, bir daha dərin təşəkkürümü bildirirəm. Bu, Azərbaycan və yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərinə verilən yüksək dəyərin nümunəsidir”.



Mənbə: qafqazinfo.az