Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya prezidenti Vladimir Putini Ukrayna müharibəsinin nizamlanması ilə bağlı Avropanın iştirakı ilə danışıqlara başlamağa çağırıb.
Bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.
“Danışıqlar masasına əyləşməyin vaxtıdır”, - deyə XİN rəhbəri bildirib.
Y.Vadefulun sözlərinə görə, münaqişə artıq təcili şəkildə sona çatdırılmalı olan mərhələyə çatıb.
Adəm
Mənbə: publika.az