Rusiyaya işləməyə gedən ermənilərin sayı azalıb

Rusiyaya işləməyə gedən ermənilərin sayı azalıb

2026-cı ilin yanvar-mart aylarında təxminən 42 400 nəfər Ermənistan vətəndaşı işləmək üçün Rusiyaya gedib.

Bu barədə TASS agentliyi statistik materiallara istinadən məlumat yayıb.

Məlumata görə, ötən ilin analoji dövründə bu göstərici təxminən 45 500 nəfər təşkil edib.

Ümumilikdə bu ilin ilk 3 ayı ərzində Rusiyaya 112 741 nəfər Ermənistan vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12 000 nəfər azdır.

Mənbə: qafqazinfo.az