Hörmüz boğazını milliləşdirmək istəyirlər

Hörmüz boğazını milliləşdirmək istəyirlər

İran parlamentinin rəyasət heyətinin sözçüsü Abbas Qudarzi Tehranın Hörmüz boğazını “milliləşdirmək” niyyətini açıqlayıb.

Bu haqda İranın İSNA xəbər agentliyi məlumat yayıb.

“Neftin milliləşdirilməsi o dönəmdə tarix tərəfindən bu qərarın əhəmiyyəti baxımından dəyərləndirilib. Bu gün biz Hörmüz boğazını milliləşdirmək istəyirik”, - Qudarzi deyib.

Nəşr bildirir ki, onun bu açıqlaması 1951-ci ildə baş nazir Məhəmməd Musaddiqin təşəbbüsü ilə İranın neft sənayesini milliləşdirdiyi hadisələrə işarə edir. O zaman ölkə hakimiyyəti neft-qaz sektoruna dövlət nəzarəti qurmuşdu.

Mənbə: qafqazinfo.az