Aktyor Ben Afflekin qızı maska rejiminə qayıtmaq çağırışı etdi

Aktyor Ben Afflekin qızı maska rejiminə qayıtmaq çağırışı etdi
Hollivud ulduzları Cennifer Qarner və Ben Afflekin 19 yaşlı qızı Vayolet Afflekin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatındakı çıxışı maraq doğurub.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Afflek hesab edib ki, COVID-19 pandemiyasından beş il sonra belə insanlardan maskalar taxmaq, dezinfeksiyaedici və digər qoruyucu vasitələrdən istifadə etmək tələb edilməlidir.

Yel universitetinin Devenport kollecinin birinci kurs tələbəsi olan Vayolet inanır ki, yeni nəsil viruslar daha təhlükəlidir.

Mənbə: oxu.az