Yevlax Rayon Mərkəzi Xəstəxanasında Səmədabad kənd sakini 1996-cı il təvəllüdlü Çimnaz Elçin qızı Paşayevanın uşağı qeysəriyyə əməliyyatı zamanı ölüb.
Məsələ ilə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Doğum və ginekologiya şöbəsinə müraciət edən 1996-cı il təvəllüdlü, hamiləliyin 38-39-cu həftəsində olan pasiyentə baş gəlişi, uşaqlıqda çapıq, çapığın qopma təhlükəsi diaqnozları təyin olunub və əməliyyata alınıb, ölü döl (qadın cinsli) doğulub:
Qeyd edək ki, zahı qadının bir müddət tibb müəssisəsində müalicəsi davam etdirilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
Mənbə: oxu.az