Avstraliyada son dərəcə nadir rast gəlinən tək yumurta dördəmləri dünyaya gəlib.
Bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, 34 yaşlı Cenitar Naamoananın dünyaya gətirdiyi dörd qız körpə mayalanmış tək bir yumurtanın dörd embriona bölünməsi nəticəsində yaranıb. Həkimlərin sözlərinə görə, belə hamiləliklər təxminən hər 15 milyon hamiləlikdən birində müşahidə olunur.
Yüksək riskli hesab edilən hamiləlik müddətində ana həkim nəzarətində saxlanılıb. Körpələr hamiləliyin 28-ci həftəsində əməliyyat ilə dünyaya gəlib. Onların səhhətinin yaxşı olduğu bildirilir. Körpələr normal doğuş müddətinə çatana qədər xəstəxanada saxlanılacaqlar.

Müəllif: Roza
Mənbə: publika.az