TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olundu

TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olundu

Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri təyin olunub.

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

Xatırladaq ki, TƏBİB-in keçmiş İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova olub. Bir müddətdir ki, onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.

Mənbə: www.bakupost.az