Ürəyində problem olanlar üçün ikiqat təhlükə: Hantavirus hansı fəsadlara yol açır?

Ürəyində problem olanlar üçün ikiqat təhlükə: Hantavirus hansı fəsadlara yol açır?

Hantavirusa yoluxma zamanı ürək xəstəlikləri olan insanlarda ağırlaşma riski digərlərinə nisbətən daha yüksəkdir.

Bu barədə "RİA Novosti" agentliyinə uruqvaylı kardioloq Alexandro Kroker məlumat verib.

O qeyd edib ki, xroniki və yanaşı xəstəliklər hantavirus infeksiyası zamanı fəsadların inkişaf riskini əhəmiyyətli dərəcədə artırır:

"Ürək xəstəlikləri də burada istisna deyil. Bu qrupdan olan xəstələrdə ağırlaşmalar daha tez-tez və kəskin formada yaranır", - deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, hantavirus insanda miokardiopatiyaya (ürək əzələsinin funksiyasının pozulması və zədələnməsi) səbəb ola bilər ki, bunun da sonradan xroniki ürək çatışmazlığına çevrilməsi istisna olunmur.(oxu.az)

Mənbə: olke.az