Rusiyanın Novosibirsk şəhərindəki Federal Neyrocərrahiyyə Mərkəzində həkimlər xroniki ağrılarla mübarizə üçün yeni üsul öyrəniblər. Doqquz neyrocərrah onurğa beynindəki sinir düyünlərini stimullaşdıran xüsusi metod üzrə təlim keçib. "Motorika Nemo" şirkətinin təşkil etdiyi bu proqramda Moskva və Sankt-Peterburqdan gələn ekspertlər də iştirak edib.
Demokrat.az-a istinadən xəbər verilir ki, bu üsul ağrı siqnallarını ötürən konkret nöqtələrə elektrik dalğaları ilə təsir etməyə imkan verir. Beləcə, dərmanların kömək etmədiyi şiddətli ağrıları effektiv şəkildə azaltmaq mümkün olur. Dünyada on ildən çoxdur istifadə edilən bu texnologiya artıq beynəlxalq səviyyədə özünü doğruldub. Xroniki ağrılar travma və ya müxtəlif ağır xəstəliklər səbəbindən milyonlarla insanın həyatını çətinləşdirir. Təkcə Rusiyada bu problemdən əziyyət çəkən 20 milyondan çox insan var.
Mənbə: www.bakupost.az