Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan

Bakı Neyrocərrahiyyə Mərkəzində ağır beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı jurnalist Sevda Həsənovanın müalicəsi davam etdirilir.

Bu barədə Musavat.com-a jurnalistin özü məlumat verib:

“Bir həftədir xəstəxanadayam. Dünən də reanimasiyada idim. Şükürlər olsun, yaxşılaşıram. Maraqlanan hər kəsə təşəkkür edirəm”.


Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışıb. O, ötən illər ərzində telekanalda bir sıra vəzifələrdə fəaliyyət göstərib.

Mənbə: bizim.media