Ərəblərin etirazına görə "Babək" serialı çəkilməyəcək

Ərəblərin etirazına görə "Babək" serialı çəkilməyəcək

Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi planlaşdırılan serial təxirə salınıb.

"Bozdağ Yapım"ın lentə alacağı serial ərəb iş adamlarının sərt etirazına görə ləğv edilib.

"Tabii" platformasında yayımlanması planlaşdırılan ekran işində baş rolu İlan Şən canlandıracaqdı.

Xürrəmilər hərəkatının rəhbəri Babək, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə idi.(axşam.az)

Mənbə: olke.az