Yazıçı Kəramət Böyükçöl aparıcı Tarix Əliyevin (Tolik) Rəşad Dağlı ilə bağlı verilişində yaşanan qalmaqala reaksiya verib.
Xatırladaq ki, Tolik “Space” kanalında cinayət törədərək həbs olunan şair Rəşad Dağlının ad gününü qeyd edib və bu səbəbdən rəsmi xəbərdarlıq alıb. O, açıqlamasında “Təki verilişim şairə görə bağlansın, pozğunlara görə yox” deyə öz mövqeyini ifadə edib.
Kəramət Böyükçöl isə bu hadisəyə ironik yanaşaraq sosial şəbəkədə paylaşım edib: “Çox təhlükəli bir cəmiyyətdə yaşayırıq. Soxhasoxda Tolik də kişi oldu.”
Kəramətin bu paylaşımı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Mənbə: www.facebook.com