Xalq artisti konserti zamanı XƏSARƏT ALDI - ANBAAN VİDEO

Xalq artisti konserti zamanı

Rusiyanın xalq artisti Filipp Kirkorovun konsert zamanı başına iş gəlib.

Bizim.Media xəbər verir ki, Kirkorov Sankt-Peterburqun "Oktyabrski" konsert zalında konsert zamanı əllərini yandırıb.

Belə ki, sənətçi ifa zamanı kürəyindən atəşfəşanlıq edərək parlaq nömrə nümayiş etdirməyə çalışıb, lakin ehtiyatsızlıqdan əlindən yanıq xəsarətləri alıb.

Konsertin yekununda Xalq artisti hadisəni belə şərh edib: “Yandım və bu dərhal tamaşaçılar tərəfindən davamlı alqışlarla qarşılandı”.

Mənbə: bizim.media