Dünya şöhrətli aktyor Silvestr Stallone "Rokki" filmlərinin çəkilişləri zamanı bulimiyadan (insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi) əziyyət çəkdiyini açıqlayıb.
Axşam.az-a istinadən bildirilir ki, aktyor bu barədə "The New York Times"a müsahibəsində danışıb.
79 yaşlı aktyor 1980-ci illərdə "Rokki-3" zamanı bədənindəki yağ faizini 2,6 faizə qədər azaltdığını və steroidlərdən istifadə etdiyini bildirib.
Stallone həddindən artıq məşqlərin nəticəsində 9 dəfə belindən, 2 dəfə çiynindən və 3 dəfə boynundan əməliyyat olunub.
"Mən öz bədənimə işgəncə verirdim" deyə, aktyor etiraf edib.
Müəllif: Tural Hüseyn
Mənbə: news.milli.az