Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədəki canlı yayımı zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Tolik Azərbaycanda və Türkiyədə qiymətlərin müqayisəsi ilə bağlı danışıb. O, uzun illərdir Azərbaycanda dolların 1,70 manat səviyyəsində olduğunu, Türkiyədə isə dolların 50 lirəyə yaxınlaşdığını bildirib.
Aparıcı gündəlik ərzaq xərclərindən də söz açaraq ət alışından danışıb. O, evinə ətin kiloqramını 18-19 manata aldığını, 25 manata ət almadığını söyləyib. Tolik sümüksüz əti heç vaxt almadığını qeyd edib.
Tarix Əliyev uşağının qidalanmasından da danışaraq kənd toyuqlarına üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, üç kənd toyuğu uşağına təxminən bir ay kifayət edir.
Tolik açıqlaması müzakirə doğurub.(milli.az)
Mənbə: publika.az