Saxlanıldığı deyilən Afra Saraçoğlu AÇIQLAMA VERDİ

Saxlanıldığı deyilən Afra Saraçoğlu

Türkiyəyə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində haqqında həbs qərarı verildiyi deyilən aktrisa Afra Saraçoğlu sosial media hesabında açıqlama verib.

Saraçoğlu əvvəlcədən planlaşdırılmış işgüzar səfərlə bağlı Türkiyədən kənarda olduğunu və istintaq çərçivəsində ifadə vermək üçün ölkəyə qayıdacağını açıqlayıb.

"Əvvəlcədən planlaşdırılan işgüzar səfərim səbəbindən hazırda Türkiyədə deyiləm. Ədalətin bərqərar olması və prosesin ən düzgün şəkildə davam etməsi üçün ifadəmi vermək üçün ən qısa zamanda ölkəmə qayıdacağam. Ürəyim rahatdır və hər şeyin aydınlaşacağına tam əminəm" - deyə o, paylaşımda yazıb.


Qeyd edək ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyat zamanı aktyor Aras Bulut İynemli, reper Sefo və keçmiş futbolçu Hasan Şaş da daxil olmaqla 18 nəfər haqqında həbs qərarı verilib. Onlardan 15-i tanınmış şəxslərdir.


Mənbə: bizim.media