Aygünlə Namiq yeni duet təqdim edəcək?

Aygünlə Namiq yeni duet təqdim edəcək?

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun illər əvvəl böyük maraqla qarşılanan duet layihəsi yenidən gündəmə gəlib.

Axşam.az-a istinadən xəbər verilir ki, Aygün Kazımova Namiq Qaraçuxurlu ilə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşaraq "Gəlirəm" sözlərini yazıb.

Aygün Kazımova paylaşımında sözügedən fotonun açıqlamasını sentyabrın 4-də verəcəyini bildirib.

Qeyd edək ki, Aygün Kazımova və Namiq Qaraçuxurlunun birgə ifaları uzun illər əvvəl oxunsa da hələ də gündəmdədir.

Mənbə: publika.az