Cem yılmaz ölümdən döndü: şiddətli ağrılar hiss etdim, evə gedib uzansaydım...

Cem yılmaz ölümdən döndü: şiddətli ağrılar hiss etdim, evə gedib uzansaydım...

Ötən gün xəstəxanaya yerləşdirilən türkiyəli komediyaçı və aktyor Cem Yılmaz səhhəti ilə bağlı paylaşım edib.

Sənətçi “Instagram” hesabında fotosunu paylaşaraq özünü yaxşı hiss etdiyini bildirib.

Yılmaz “Gora” filminin çəkilişlərinin başa çatmasından sonra yaranan yorğunluğun təsirini sonradan hiss etdiyini qeyd edib. O, dünən yaşadığı narahatlıqla bağlı “Sinəmdə və kürəyimdə şiddətli ağrılar hiss etdim” deyə yazıb.

Aktyor həmin vaxt evə gedib uzanmaq əvəzinə xəstəxanaya müraciət etməsinin doğu addım olduğunu da diqqətə çatdırıb:

"Əgər sadəcə evə gedib uzansaydım, yəqin ki, hələ də orada uzanıqlı qalardım..."

Cem Yılmaz səhhəti ilə maraqlanan və onu ziyarət edən hər kəsə təşəkkür edib. O, Türkiyənin səhiyyə nazirindən də “keçmiş olsun” mesajı aldığını bildirib.

Həkimlərin ona stressdən uzaq durmağı tövsiyə etdiyini deyən Yılmaz bu məsləhətə yumorla yanaşıb.

"Güldüm. "Daha az iç" deyənlərə və ya saç düzümüm, "yeni görünüşüm" barədə şərh yazanlara isə bir sözüm var: sizin kimi insanlar olmasaydı, həyatımda heç vaxt ürək tutması keçirməzdim", - deyə komediyaçı qeyd edib.

Sənətçi paylaşımının sonunda onu düşünən hər kəsə təşəkkür edərək sağlamlıq arzulayıb.

Mənbə: publika.az