“Ferit” yeni serialda

“Ferit” yeni serialda

“Yalı Çapkını” serialının “Ferit”i, türkiyəli aktyor Mert Ramazan Demirin yeni layihəsi bəlli olub.

Bu barədə bloq yazarı Birsen Altuntaş məlumat yayıb.

Bildirilib ki, aktyor “Susuz Yaz” serialında rol almaq üçün ilkin razılığa gəlib.

Məlumata görə, Mert ekran işində “Hasan” obrazını canlandıracaq.

Qeyd edək ki, serialda “Hasan”ın həyat yoldaşı “Bahar” obrazı üçün isə aktyor axtarışlarının davam etdiyi bildirilir.

Mənbə: qafqazinfo.az