Türkiyənin məşhur seriallarından “Kızılcık Şerbeti” yeni mövsüm öncəsi mühüm dəyişikliklə gündəmə gəlib.
İlk bölümdən etibarən “Nilay” obrazını canlandıran aktrisa Feyza Civelek serialın 5-ci mövsümündə aktyor heyətində yer almayacaq.
Türkiyə mətbuatında yer alan məlumatlara görə, istehsal qrupu aktrisanın layihədən ayrılması barədə yekun qərar verib. Bununla da dörd mövsümdür davam edən “Nilay” obrazının hekayəsi başa çatacaq.
Feyza Civelekin serialdakı gələcəyi bir müddətdir müzakirə mövzusu idi. Onun narkotik testinin müsbət çıxması ilə bağlı xəbərlərdən sonra aktrisanın layihədən ayrılacağı barədə məlumat yayılmışdı.
Aktrisanın serialdan ayrılması xəbəri yayılandan sonra onun instaqram hesabını bağladığı da bildirilib.
Yeni mövsümdə “Nilay” obrazının ssenaridən necə çıxarılacağı isə hələlik açıqlanmayıb.
Mənbə: qafqazinfo.az