Dünyanın gözü günlərdir 2026-cı il FIFA Dünya Kubokunun finalında Şakira ilə səhnəyə çıxan uşaqlardadır.
Xarici KİV-ə istinadən xəbər verilir ki, dünyaşöhrətli müğənni ilə eyni səhnəni paylaşan uşaqlar “Ghetto Kids” rəqs qrupunun üzvləridir.
Uqandanın paytaxtı Kampala şəhərində yaradılan bu qrup əvvəllər “Triplets Ghetto Kids” adı ilə fəaliyyət göstərib.
Final şousunda “Ghetto Kids” dünyaşöhrətli müğənni Şakiranın Burna Boy ilə birlikdə ifa etdiyi “Dai Dai” mahnısı zamanı müğənni ilə birlikdə səhnəyə çıxaraq rəqs edib.
Məlumata görə, qrup Şakiranın dəvəti ilə final mərasiminə qatılıb və çıxışdan əvvəl məşqlərdə iştirak edib.





Mənbə: qafqazinfo.az