Bülent Ərsoyun həyatı film olur – Bu tarixdə nümayiş olunacaq

Bülent Ərsoyun həyatı film olur –

Məşhur türkiyəli müğənni Bülent Ərsoyun həyat hekayəsi ilk dəfə tamaşaçılara təqdim olunacaq.

“Orchestra Content” tərəfindən istehsal olunan filmin ssenarisi Mine Şengöz tərəfindən yazılıb və Ərsoyun özü tərəfindən təsdiqlənib.

Barış Pehlivan, Tuğrul Eryılmaz, Prof. Dr. Göksel Aymaz, Cemal Dindar, Gülşen İşeri, Murat Meriç və Murat Özyaşarın məsləhətçiliyi ilə üç ildən çox vaxt alan bir işdən sonra layihə indi ekran əsəri mərhələsinə çatıb.


Filmin ssenarisi avqust ayında hazır olacaq. Həmçinin sənətçinin hekayəsini əks etdirən filmin 2027-ci ildə kinoteatrlarda nümayiş olunacağı da açıqlanıb.

Mənbə: bizim.media