Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.
Aktrisa "İki başlı" verilişində avtomobil idarə etməyi bilmədiyini və buna maraq göstərmədiyini deyib. O bildirib ki, yalnız bir dəfə film çəkilişi zamanı sükan arxasına keçib və həmin anlar kifayət qədər həyəcanlı keçib.
Dilarə Əliyeva əlavə edib ki, sürücü ilə hərəkət etməyə üstünlük verir və avtomobil idarə etməyə ehtiyac duymur.
Aktrisa ev işlərinə də çox vaxt ayırmadığını söyləyib. Onun sözlərinə görə, uzun illərdir bazarlıq etmir, bu işlə ailənin sürücüsü məşğul olur.
Mənbə: yenisabah.az