Merve ana olacaq

Merve ana olacaq

Türkiyəli aktrisa Merve Dizdar ilk dəfə ana olmağa hazırlaşır.

Bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat paylaşıb.

O bildirib ki, aktrisa üç aylıq hamilədir və onun oğlu olacaq.

Qeyd edək ki, Merve Dizdar 2024-cü ildə biznesin inkişafı üzrə menecer Cihan Aygerlə ailə həyatı qurub.

Sənətçi daha əvvəl “Kral Kaybederse”, “Kırgın Çiçekler”, “Mucize Doktor” kimi məşhur seriallarda rol alıb.


Mənbə: qafqazinfo.az