Türkiyədə dincələn Zamiq ailəsi ilə görüntülərini yaydı

Türkiyədə dincələn Zamiq ailəsi ilə görüntülərini yaydı

Müğənni Zamiq Hüseynov yay istirahətini ailəsi ilə birlikdə Türkiyədə keçirir.

“Yeni Sabah” xəbər verir ki, sənətçi istirahət üçün bu dəfə Bodruma üz tutub.

Zamiq Hüseynov tətil zamanı lentə alınan görüntüləri şəxsi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımda müğənninin ailəsi ilə keçirdiyi xoş anlar, xüsusilə oğlu ilə səmimi görüntülər yer alıb.

İfaçının paylaşımı qısa müddətdə izləyicilər tərəfindən maraqla qarşılanıb və çoxsaylı bəyənmə və rəylər toplayıb.

Mənbə: musavat.com