Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı

Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı

Moskvada bəysiz toy mərasimi keçirilib.

Bu barədə tədbirin aparıcısı Anastasiya Mixaylova özünün "Instagram" hesabında məlumat verib.

Kişi işi ilə bağlı yaranan gözlənilməz hallar səbəbindən toya vaxtında çata bilməyib. Buna baxmayaraq, təntənəli mərasim təxirə salınmayıb və bəy tədbirdə məsafədən iştirak edib. Bəylə görüntülü əlaqə saxlanılan telefon ştativə qoyulub və aparıcı toy boyu onu qonaqların arasında gəzdirib.

Mixaylovanın sözlərinə görə, gəlin bu günü demək olar ki, göz yaşı tökmədən keçirib və onu güclü insan kimi xarakterizə edib.

Aparıcı və onun tərəf müqabili vəziyyətdən son anda xəbər tutduqları üçün bütün axşamın proqramını operativ şəkildə yeni şəraitə uyğunlaşdırmalı olublar.

Hüseyn İbadlı

Mənbə: publika.az