Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə xarici görünüşünü tənqid edənlərlə bağlı daha bir açıqlama verib.
Aktrisa çəki almasının müxtəlif səbəblərdən ola biləcəyini söyləyib:
"Bu mövzu haqqında son dəfə danışıb bağlayıram. Bəlkə kökəlmişəm, çox yemək yemişəm, bəlkə müalicə alıram, xəstəyəm, ana olacağam, hər nə. Qadınlarla işiniz olmasın. Bəlkə də yaşlanıram. Yaşlanmaq da qəbul edilən olmalıdır. Bu mövzu məni inanılmaz dərəcədə bezdirdi. Ən acısı da odur ki, bu nifrət dolu sözlər daha çox qadınlardan gəlir...
Həmcinslərimə səslənirəm, Allah eşqinə, bacılarım, xahiş edirəm. Vallah, həyat belə yaşanmaz.
Hər kəs sizin beyninizdəki gözəllik standartlarına uyğun olmaq məcburiyyətində deyil. Son nəfəsini verənə qədər artıq qadınlarla müzakirə etməyi dayandırın. Olduğu qədəri ilə idarə edin".
Nəsrin gənclik illərindəki fotonu yayımlayaraq ironiya ilə "Əslində mən üz nəqli olmuşam. Başqa insanın üzündən istifadə edirəm. Son dərəcə də məmnunam. İmkanı olan elətdirsin. Allaha əmanət mənə nifrət edənlər" deyə yazıb. (Mənbə: Axşam.az)
Bizim.Media
Mənbə: bizim.media