Londonun Qitələrarası birjasında (ICE) sentyabr fyuçerslərinin qiyməti iyunun 24-dən bəri ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 70 dolları ötüb.
Neftin qiyməti 0,56% artaraq 69,97 dollar/barelə çatıb. Bir neçə dəqiqə əvvəl bu rəqəm iyunun 24-dən bəri ilk dəfə olaraq 70 dolları keçib.
WTI markalı xam neftin avqust fyuçersləri bir barel üçün 68,17 dollar (+0,35%) bahalaşıb.
Mənbə: unikal.az