Rusiya ilə gərginlik: Azərbaycan biznesi neçə milyard itirəcək?

Rusiya ilə gərginlik: Azərbaycan biznesi neçə milyard itirəcək?

Siyasi münaqişə nəticəsində Rusiya bazarının itirilməsi nəticəsində Azərbaycan biznesinin itkiləri təxminən 1,2 milyard dollar təşkil edəcək.

Bu barədə BMT-nin ticarət platformasının məlumatlarında bildirilir.

Bu qənaətlər ötən il Azərbaycandan 26,6 milyard ABŞ dolları dəyərində mal ixrac edilməsi, bunun cəmi 4,4 faizinin Rusiyaya göndərilməsi fonunda verilib.

Rusiyanın Azərbaycana ixracı isə 3 dəfə çoxdur - 3,6 milyard dollar. Amma ümumi ixracın payı hesab etsək, beş dəfə azdır - cəmi 0,8 faiz. Onda qarşılıqlı ticarətin çökməsi hər iki ölkə üçün kritik olmayacaq.

Tural

Mənbə: publika.az