Azərbaycanda bu siqaretlər bahalaşacaq - YENİ MƏBLƏĞ

Azərbaycanda bu siqaretlər bahalaşacaq - YENİ  MƏBLƏĞ

Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir.

Satış şəbəkələrinə artıq “Sabrania” markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib.
Artım ilkin mərhələdə yalnız “Sabrania” məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək.
Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb.
Qiymət dəyişikliyinin digər siqaret markalarına şamil olunacağı ilə bağlı hər hansı məlumat yoxdur.
Rəsmi açıqlama verilməsə də, gözləntilər odur ki, qiymət artımı qarşıdakı günlərdə qüvvəyə minə bilər.

Mənbə: www.bakupost.az